Cümə, 17 May

"Düzgün qərar qəbul etdim" - Əşrəf Qani istefa səbəbini açıqladı

image

““Taliban” Kabilə hücum etməyə hazırlaşırdı”.

Xəbər verilir ki, bu barədə istefa verən Əfqanıstan prezidenti Əşrəf Qani özünün feysbukdakı hesabında yazıb.

"Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”, - o bildirib.

Qeyd edək ki, bu gün radikal “Taliban” silahlıları paytaxt Kabilə  döyüşsüz daxil olublar. Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə Kabildən Tacikistana uçub və oradan Omana gedib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58